Mühasibat uçotu və 1C kursu

Əsas / Kurslar /Mühasibat uçotu və 1C kursu

Mühasibat uçotu və 1C kursu


Kurs haqqında: TƏHSİLLİ Sizə Mühasibat uçotu və 1C kursunun tədrisini təklif edir. Kurs ərzində mühasibat  əməliyyatları  1C  proqramı  ilə birgə izah ediləcək.  Kursun bir saatı mühasibat uçotu əməliyyatlarının izahı, digər saatı isə həmin əməliyyatların 1C proqramında  tətbiqinə həsr ediləcəkdir. Kursda iştirak edən şəxslər ilkin mühasibat sənədlərindən  maliyyə hesabatlarının (balans, mənfəət və zərər haqqında hesabat, pul vəsaitlərinin hərəkəti haqqında hesabat) hazırlanmasınadək olan prosesləri öyrənəcəklər. Kursu bitirən şəxslər  gələcəkdə  işləyəcəyi müəssisə və təşkilatlarda mühasibat uçotu və 1C  ilə bağlı işləri sərbəst yerinə yetirəcəklər. Tədris yalnız qrup şəklindədir. Qrupda maksimal iştirakçı sayı 8-dir.

 

Təlimçi:

Sərvər Əsədov – Bu sahə üzrə müxtəlif şirkətlərdə 2 illik təcrübəyə sahibdir. Təhsilini Azərbaycan Dövlət İqtisad Universitetində almışdır.

Tədris Haqqında

  • Növü: Telim
  • Tədris dili: Azərbaycan
  • Müddəti: 3 ay / 50 saat
  • Qrupun sayı: 15 nəfər
  • Sertifikat: Dinləyici/müvəffəqiyyət/fərqlənmə