CİSCO Dərsləri, Şəbəkə

Əsas / Kurslar /CİSCO Dərsləri, Şəbəkə

CİSCO Dərsləri, Şəbəkə


Təhsilli Tədris Mərkəzi informasiya texnologiyaları sahəsində biliklərini artırmaq istəyənlər üçün CISCO kursları təqdim edir.

Dünyada şəbəkə sistemlərinin ən təhlükəsiz və güvənilir şəkildə idarə olunmasında istifadə olunan və bir sözlə şəbəkə sistemlərinin özəyinin 80% dən çoxunu təşkil edən Cisco şəbəkə avadanlıqlarıdır. Cisco sistemləri dünyada yüksək keyfiyyətinə və təhlükəsizliyinə görə seçilir.

Cisco Systems şirkətinin təqdim etdiyi CCNA sertifikatı Cisco şəbəkə texnologiyaları aləminə atılan ilk addımdır.

Cisco CCNA – kursları şəbəkə mühəndisləri və ya informasiya texnologiyaları ilə məşğul olan şəxslərə kiçik və orta ölcülü şirkətlərin şəbəkə arxitekturasını qurmağa və idarə etməyə imkan verir.

CCNA kursuna gələn tələbələr, komputer şəbəkələrində istifadə olunan naqillər, OSİ modeli, ip adresslər, Routing protokollar (RİP, EİGRP, OSPF) haqqında öyrənirlər. Cisco Router və switchlərin konfiqurasiya edilməsi, backup edilməsi və s. funksiyanallıqlarını həm öyrənir həm də praktiki cəhətdən tətbiq edirlər. Yeni IPV6 texnologiyası ilə tanış olur, öyrənir və öz tapşırıqlarında bunu tətbiq edirlər.

Tədris Haqqında

  • Növü: Telim
  • Tədris dili: Azərbaycan
  • Müddəti: 3 ay / 48 saat
  • Qrupun sayı: 6-8 nəfər
  • Sertifikat: Dinləyici/müvəffəqiyyət/fərqlənmə